...

"Azərenerji" rəhbəri: Türkiyə və İrandan Naxçıvan MR-ə elektrik enejisinin idxalı dayandırılıb

Energetika Materials 26 May 2007 13:32 (UTC +04:00)
"Azərenerji" rəhbəri: Türkiyə və İrandan Naxçıvan MR-ə elektrik enejisinin idxalı dayandırılıb

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev, İ.Əlizadə/ Naxçıvan MR-də yeni elektrik enerjisi istehsal obyektlərinin işə salınması Türkiyə və İrandan elektrik enerjisinin idxalından tamamilə imtina etməyə imkan verib. Bu barədə "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Keçən il Naxçıvanda 87 MVt gücündə modul elektrik stansiya, 50 MVt gücündə Naxçıvan qaz boru stansiyası və 5 MVt gücə malik Vayxır SES-i istismara verilib. Bundan başqa NMR-də "Araz" SES-i fəaliyyət göstərir. Respublikada 12 mindən çox abunəçi var.

Burada həmçinin elektrik enerjisi istifadəsinin aşağı düşməsi müşahidə olunur, bu da elektrik sayqaclarının quraşdırılması və əvvəl həyata keçirilməyən qazın verilməsi ilə izah olunur. Bu il NMR-ə 250 milyon kubmetr qaz çatdırılacaq.

2006-cı ildə Naxçıvanın enerji sisteminə 1 mlrd. 172 mln kVt/saatdan çox elektrik enerjisi daxil olub. 2006-cı ildə "Araz" SES-i muxtar respublikaya 101,5 mln. kVt/saat (2005-ci ildə 91,9 mln. kVt/saat) elektrik enerjisi çatdırıb.

Naxçıvan qaz boru stansiyası keçən il 119,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Vayxır SES 2,1 mln. kVt/saat elektrik enerjisi istehsal edib. 2006-cı ildə İrandan NMR-ə elektrik enerjisi çatdırmaları 624,3 mln. kVt/saat, Türkiyədən 325,4 mln. kVt/saat təşkil edib.

Xəbər lenti

Xəbər lenti