...

Braziliyanın "Petrobras" şirkəti Azərbaycanın neft-qaz yataqlarının işlənilməsində maraqlıdır

Energetika Materials 1 İyun 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Braziliyanın "Petrobras" şirkəti Azərbaycanın neft-qaz yataqlarının işlənilməsində maraqlıdır. Bunu Braziliyanın Türkiyə və Azərbaycandakı səfiri Kesario Melantonio Netto Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.

Dövlət Neft Şirkətinin prezidenti qeyd edib ki, ARDNŞ xarici investisiyaları cəlb edən şirkətdən respublikadan kənarda layihələri maliyyələşdirən beynəlxalq müasir beynəlxalq şirkətə çevirilib. Bu gün Dövlət Neft Şirkəti yeni texnologiyalara malik olan və çətin layihələrin həyata keçirilməsində real yardım göstərə bilən partnyorlara üstünlük verir. ARDNŞ prezidenti "Petrobras" rəhbərliyi ilə görüşməkdən məmnun olduğunu bildirib.

Braziliyanın "Petrobras" şirkəti dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. O, Azərbaycanla qonşu olan İran və Türkiyədə iri layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti