...

Nazir: Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər

Energetika Materials 14 İyun 2007 17:23 (UTC +04:00)
Nazir: Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstana ixracı artırıla bilər. Gürcüstanın energetika naziri ilə görüş zamanı bu ölkəyə tədarükün artırılması məsələsi müzakirə olunub. Bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. İxracın sutkada 2,5 mln. kubmetrə qədər artırılması imkanı mövcuddur.

"Biz Gürcüstan üçün tədarükün artırılması məsələsinə baxışıq. Hesab edirəm ki, hazırda sutkalıq 2,5 mln kubmetr qaz vermək olar. Onlar bunu qəbul edirlər",-deyə nazir söyləyib.

Bu gün Gürcüstan Azərbaycan Dövlət Neft şirkətinin yataqlarından və Azərbaycan qaz satışı şirkətindən (Azerbaijan gas supply company) "Şahdəniz" yatağından çıxarılan qazı alır.

Gürcüstana "Şahdəniz" yatağından min kubmetri 63 dollara 1 mln. kubmetr qaz tədarük olunur. Azərbaycan Dövlət Neft Şirkətinin iyun ayında min kubmetri 120 dollardan 40-41 mln. kubmetr qaz tədarük olunması haqda Gürcüstanla razılaşması var.

"Şahdəniz" yatağından "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Bu il yataqdan 5,7 mlrd. kubmetr qaz çıxarılacaq ki, ordan da Azərbaycanın payına 2,7 mlrd. düşür.

Xəbər lenti

Xəbər lenti