...

Gürcüstandakı Azərbaycan neft terminalının buraxılış tarixi açıqlanıb

Energetika Materials 3 İyul 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən alınmış Kulevi (Gürcüstan) neft terminalının istismarına avqustun sonu-sentyabrın əvvəlində başlanılması planlaşdırılır. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Neft daşınmasına Dövlət Neft Şirkətinin məhsullarından başlamaq nəzərdə tutulur. Hazırda neft məhsullarının terminala cəlb olunması məqsədilə Qazaxıstandan olan yükdaşıyıcılarla danışıqlar aparılır. Bu il ərzində 1-1,5 mln. ton neft daşınması nəzərdə tutulur.

Ekspertlərin fikrincə, bu terminaldan yüklərin daşınması üçün tariflər birmənalı olaraq Batumi limanından çox olmayacaq.

Xəbər lenti

Xəbər lenti