...

Azərkimya: Yeni kompleks Azərbaycanı regionda mühüm neft-kimya məhsulları istehsalçısına çevirəcək

Energetika Materials 13 İyul 2007 19:28 (UTC +04:00)
Azərkimya: Yeni kompleks Azərbaycanı regionda mühüm neft-kimya məhsulları istehsalçısına  çevirəcək

Azərbaycan, Bakı/ Trend / Müasir texnologiya əsasında yaradılacaq yeni neft-kimya kompleksi qeyri-neft sektorunun inkişafında böyük rol oynamaqla Azərbaycanı regionda mühüm neft-kimya məhsulları istehsalçısına çevirəcək. Bu barədə Azərkimya Dövlət Şirkətinin məlumatında göstərilib.

Azərkimya DŞ neft-kimya kompleksinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tenderin qalibini elan edib. Tenderin qalibi Amerikanın məşhur Nexant konsaltinq şirkəti olub.

Şirkətin hazırlayacağı texniki-iqtisadi əsaslandırmada xammal və enerjidaşıyıcılarının effektiv istifadəsi, məhsulun növünün artırılması, istehlak xassələrinin və istehsalın ekoloji göstəricilərinin yaxşılaşdırılması, məhsulun satışının genişləndirilməsi imkanları ilə bağlı təkliflər əks olunacaq.

Xəbər lenti

Xəbər lenti