...

ARDNŞ Novorossiyskdən neft partiyasının satışına dair tenderi qapadıb

Energetika Materials 21 İyul 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) öz neftinin avqustda Novorossiysk limanından yüklənib-daşınmasına dair tenderi qapadıb.

Bu barədə ARDNŞ-in marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumatda deyilir. Tenderin qalibi Glencore şirkəti elan edilib. Partiyanın həcmi 1,2 mln. barelə bərabərdir. 600 min barel olan ilk partiyanın Novorossiyskdən avqustun 16-18-də, analoji həcmdə ikinci partiynın yüklənməsi isə avqustun 29-31-də nəzərdə tutulur.

Yanvar-iyun aylarında ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 497 min ton nəql edib.

ARDNŞ neftini 2007-ci ildə Novorossiyskdən bu şirkətlər alıb:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel);

Sunoil SA - may (450 min barel);

Oil Refineries LTD - iyun (1,2 mln. barel);

Oil Refineries LTD - iyul (1,2 min barel);

Glencore - avqust (1,2 mln. barel).

Xəbər lenti

Xəbər lenti