Azərbaycan, Bakı / Trend / Gürcüstan energetika nazirliyi "Gürcüstan-Azərbaycan" 500 kilovoltluq elektrik xəttin Gürcüstan hissəsinin inşası layihəsinin hazırlanması və "Qardabani-500" yarımstansiyasında müvafiq özəklərin təminatı ilə bağlı tender elan edib. Bu barədə "Novosti-Qruziya" agentliyinə Gürcüstanın energetika nazirliyindən məlumat veriblər.
Layihənin işlənilməsi bu ilin dekabrın 10-na kimi tamamlanmalıdır. İki mərhələdə keçəcək tenderdə yalnız bir qalib olacaq.
Müsabiqədə iştirak etmək istəyənlər öz sənədlərini və ilkin tender təkliflərini sentyabrın 5-i saat 17.00-dək təqdim etməlidir. Tender zərfləri həmin gün saat 17.00-də açılacaq.
İşlərin maliyyələşdirilməsi dövlət büdcəsindən həyata keçiriləcək. Burada energi sektorunun maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərdən istifadə olunacaq.