...

Lənkəranda qaz verilişi dayandırılıb

Energetika Materials 28 Avqust 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəranda çərşənbə axşamı səhər saat 10.00-dan başlayaraq əhaliyə qazın verilməsi dayandırılıb.

Lənkəran şəhər Qaz İstismarı İdarəsindən bildiriblər ki, əhaliyə qazın verilməsinin dayandırılması təmir-bərpa işləri ilə bağlıdır. Günün sonunda qazın verilişi bərpa olunacaq.

Lənkəran paytaxt Bakıdan 268 km cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir.

Xəbər lenti

Xəbər lenti