...

Bakı Fond Birjasında növbəti hərrac keçirilib

Maliyyə Materials 3 Yanvar 2019 17:40 (UTC +04:00)
27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasında növbəti hərrac keçirilib

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.2779 AZN (9,70 faiz) ilə 99.4217 AZN (7,76 faiz) arasında olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 475, 864, 600.00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.2779 AZN (9.70 faiz), orta ölçülmüş qiyməti 99.3248 AZN (9.06 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil edib. Notlar yanvarın 30-da ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti