...

2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Maliyyə Materials 25 Yanvar 2019 18:44 (UTC +04:00)
2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb
2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Bakı. Trend:

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub.

2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i könüllü, 26.3%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti