...

NIKOIL Bank tender elan edir

Maliyyə Materials 30 Aprel 2019 15:29 (UTC +04:00)
NIKOIL Bank əsas vəsaitlərin (inventarizasiya) avtomatik uçot sisteminin alınması üçün tender elan edir.
NIKOIL Bank tender elan edir

Bakı. Trend:

NIKOIL Bank əsas vəsaitlərin (inventarizasiya) avtomatik uçot sisteminin alınması üçün tender elan edir.

NIKOIL Bankdan Trend-ə verilən məlumata görə, bank aşağıdakı texniki xüsusiyyətlərə cavab verən avadanlıq və proqram təminatı təqdim edən podradçı axtarır:

• Bankın ABS-nə inteqrasiya edən proqram təminatı.

• Əsas vəsaitlərin avtomatik uçot sistemini aparan RFİD tipli avadanlıq.

• Əlaqədar avadanlıq və komplektləşdiricilər.

Təkliflər “Tender” qeydi ilə Bakı şəhəri, Puşkin küç. 30, Nikoil Bank. Ləman Məmmədbəylinin adına göndərilsin.

Sənədlər 31.05.2019-cu il tarixinədək qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti