...

Azərbaycanda xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Maliyyə Materials 21 May 2019 13:22 (UTC +04:00)
Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24%-dən 19%-ə endirilib
Azərbaycanda xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Bakı. Mətanət Nəsibova - Trend:

Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24%-dən 19%-ə endirilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, birinci rübün yekunları üzrə olan bu göstərici ilin əvvəlinə olan göstəricidən cüzi fərqlənir:

“Bu gün dövlət siyasətinin əsas tapşırıqlarından biri dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsidir. Bununla əlaqədar olaraq Azərbaycanda dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsi mexanizminin hazırlanması planlaşdırılır. Biz xarici valyutada dövlət borcunu azaltmağı və bunu milli valyutada borclanma ilə əvəz etməyi planlaşdırırıq”.

Nazir əlavə edib ki, bu sxem dövlət borcunun nizamlanmasının dayanıqlığını gücləndirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti