...

"AzerGold" 2025-ci ildən dövlət büdcəsindən asılılığın aradan qaldırılmasını planlaşdırır

Maliyyə Materials 6 İyul 2021 18:29 (UTC +04:00)
"AzerGold" 2025-ci ildən dövlət büdcəsindən asılılığın aradan qaldırılmasını planlaşdırır

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycanda dağ-mədən sahəsinin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb, bu strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir.

Trend-in məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun 5 illik fəaliyyətinə dair mətbuata yazılı açıqlamasında deyib.

O bildirib ki, sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir:

"AzerGold” QSC-nin layihələr portfelinin icrası məqsədilə tələb olunan vəsaitin korporativ maliyyə aləti hesabına təmin etmək kimi uğurlu təcrübəsi mövcuddur. Ötən il tərəfimizdən 20 milyon dollar dəyərində istiqrazlar tədavülə buraxılıb. İstiqrazlar uğurla emissiya edilərək həm geniş xalq kütləsi üçün sərfəli investisiya imkanı yaradılıb, həm də layihələrin icrası alternativ maliyyə mənbəyi hesabına sürətləndirilib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti