...

Çexiyada növbəti ilin dövlət büdcəsi təsdiqlənib

Maliyyə Materials 28 Sentyabr 2021 02:27 (UTC +04:00)
Çexiyada növbəti ilin dövlət büdcəsi təsdiqlənib

Bakı. Trend:

Çexiya hökuməti 376,6 milyard kron (təxminən 14,7 milyard avro) kəsirlə respublikanın 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Televiziyası məlumat yayıb.

2022-ci il dövlət büdcəsinin xərc maddələri 1 927,7 milyard kron (təxminən 76 milyard avro), gəlir maddələri 1551,1 milyard kron (təxminən 61 milyard avro) məbləğində müəyyən edilmişdir. Layihə aylıq pensiyaların, məktəblərdə müəllimlərin, müqavilə əsasında xidmət edən hərbçilərin və polis işçilərinin sayının artırılmalarını nəzərdə tutur. Səlahiyyətlilər iqtisadi fəal vətəndaşlar üçün gəlir vergisini artırmağı planlaşdırmırlar.

Praqada proqnozlaşdırılır ki, 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsi artıq ölkə parlamentinin hazırkı Deputatlar Palatası (aşağı palata) deyil, onun oktyabrın 8 və 9-da respublikada keçiriləcək yeni tərkibi tərəfindən təsdiq ediləcək.

Cari il üçün dövlət büdcəsi kəsiri qanunla 500 milyard kron (təxminən 20 milyard avro) səviyyəsində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti