Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4.489 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsindən növbəti il müdafiə qüvvələrinə 2.153 milyard manat, milli təhlükəsizlik üçün 285.501 milyon manat, dövlət sərhəd xidməti üçün 441.585 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.