...

Azərbaycanın bank sektorunun aktivləri artıb

Maliyyə Materials 24 May 2022 11:55 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il mayın 1-ə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 40,149 milyard. manat, cəmi öhdəlikləri 35,159 milyard manat, balans kapitalı 4,99 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 22,42 faiz, 25,28 faiz və 5,66 faiz artıb

Aprel ayında Azərbaycan banklarının kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artaraq 17,84 milyard manat təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81,4 faizi və ya 28,613.7 mln. manat. Bankların depozit portfeli ötən ilin apreli ilə müqayisədə 33,95 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti