Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı Rusiyanın "Mir" ödəniş sisteminin Azərbaycanda işləməsi imkanlarını müzakirə edir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfransında deyib.
"Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla müvafiq dövlət strukturlarının iştirakı ilə, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur. Yekun qərar qəbul olunduqdan sonra elan ediləcək", - deyə o bildirib.