...

Batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib (VİDEO)

Maliyyə Materials 15 İyul 2023 08:59 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti