...

Gələcəkdə "akart" məhsul xəttinin genişləndirilməsi planlaşdırılır - Bəhruz Nağıyev

Maliyyə Materials 20 Oktyabr 2023 11:51 (UTC +04:00)
Gələcəkdə "akart" məhsul xəttinin genişləndirilməsi planlaşdırılır - Bəhruz Nağıyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə "akart” məhsul xəttinin genişləndirilməsi planlaşdırılır.

Trend cümə günü xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev bankın 2023-cü ilin birinci yarısı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Qeyd edək ki, həm post-ödəniş abunəçiləri, həm də əvvəlcədən ödəniş edən abunəçilər (SimSim) üçün nəzərdə tutulan rəqəmsal kart "PASHA Bank", "Visa" və "AzInTelecom"un tərəfdaşlığı ilə hazırlanıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın telekommunikasiya bazarında ilk dəfə həm bank əməliyyatlarının icrasını, həm də mobil rabitədən istifadəni özündə birləşdirən "Azercell Fintek" məhsulları abunəçilərə maliyyə xidməti göstərməyə başlayıb. "akart" ticari adı altında bazara buraxılmış "Azercell" rəqəmsal kartı "Kabinetim" mobil tətbiqi vasitəsilə təhlükəsiz şəkildə nağdsız hesablaşmalar həyata keçirməyə, müxtəlif növ ödənişlər etməyə və digər əməliyiyatlar icra etməyə imkan verir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti