Bakı. Trend:
Azərbaycan və İraq maliyyə və bank sektorunda əməkdaşlığın genişləndirilməsi çərçivəsində birbaşa ödənişlərin təşkilini müzakirə edirlər.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumununun yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Biz birbaşa ödənişlərin təşkili, Azərbaycan və İraq arasında qarşılıqlı hesablaşmalar, bu məsələdə problemlər və maneələri müzakirə etdik", - Y.Abdullayev bildirib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib.