Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının iqlim məsələləri ilə bağlı qərarları noyabr ayında COP29 tədbirlərində təqdim ediləcək.
Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) ekspertlərinin Bakıda keçirilən iqlim dəyişməkləri üzrə işçi qrupunun 3-cü iclasının nəticələrinə istinadən xəbər verir.
Qeyd edək ki, AİB tərəfindən 1997-ci ildə təşkil olunan CAREC proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.
"Noyabr ayında keçiriləcək iqlim sammitində CAREC iştirakçı ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün birgə çağırış edəcəklər", - AİB-dən bildirilib.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı keçiriləcək.