Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Norveçin Kanberradakı səfiri Paul Gulleik Larsendir.
O, Trend-ə özəl açıqlamasında bildirib ki, tərəfdaş ölkələr Bakının ev sahibliyi etdiyi COP29-da böyük məsələ olan maliyyə danışıqlarında kompromisə gedə biləcəklər və Parisdə üzərlərinə götürdükləri 1,5° öhdəliyə sadiq olacaqlar.
Hesab edirəm ki, orta gəlirli, zəngin ölkələr kasıb ölkələrin, daha az inkişaf etmiş ölkələrin maliyyələşdirilməsinə töhfə verməlidirlər".
"Bəzi vacib məsələlərdə razılaşamalar əldə olunsa da, böyük maliyyə paketi üzərində razılıq çətin ola bilər. Bununla bağlı daha çox müzakirənin aparılmasına ehtiyac duyula bilər. Lakin danışıqlarda birbaşa iştirak etmədiyim üçün maliyyə məsələsində konkret nəticənin əldə olunacağını dəqiq deyə bilmərəm", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.