...

Azercell yeni rouminq müqaviləsi bağlayıb

Telekommunikasiya Materials 26 Sentyabr 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/"Azercell Telekom" BM ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Emirates Integrated Telecommunications Company"(GSM  900/1800) və İspaniyanın  "Xfera" operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Bu, "Azercell Telekom"un BƏƏ-nin mobil operatorları ilə dördüncü, İspaniya ilə isə, beşinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda BƏƏ-nin "Etihad Etisalat Company" "Turaya", "Etisalat", İspaniyanın "Amena", "Airtel", "Telefonica Moviles" və "Vodafone" operatorlarının xidmətindən yararlanırlar.

İndiyə kimi "Azercell Telekom" BM 140 ölkənin mobil rabitə operatorları ilə338 rouminq sazişi bağlayıb. Operatorun abonentlərinin sayı 2.5 mln.-u ötür.

Xəbər lenti

Xəbər lenti