...

Əli Abbasov regional innovasiya zonasında layihələrin maliyyələşdirilməsi planlarını açıqlayıb (video)

Telekommunikasiya Materials 29 Sentyabr 2007 11:01 (UTC +04:00)
Əli Abbasov regional innovasiya zonasında layihələrin maliyyələşdirilməsi planlarını açıqlayıb (video)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan hökuməti regional innovasiya zonasının yaradılması (RİZ) üçün infrastrukturu maliyyləşdirəcək. RİZ-də elmi-tutumlu məhsulların istehsalı və ixracı məqsədilə, kommersiya layihələri həyata keçiriləcək. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazir layihələrin ümumi dəyərini açıqlamaqda çətinlik çəkib.

Abbasov RİZ layihələrindən gələcək gəlirlər barədə proqnozları açıqlayıb və bildirib ki, 2012-ci ildə gəlirlər 4 mlrd. dollar, 2018-2020 -ci illərdə isə, 12 mlrd. dollara çatacaq.

Azərbaycanda regional innovasiya zonası layihəsi orta və kiçik innnovasiya sahibkarlığının inişafı üçün texnoparkların, elektorn avadanlığının və proqram təminatının istehsalı və ixracı üzrə regional bazanın yaradılması, ölkənin effektiv tranzit məlumat mərkəzinə çevrilməsini, formalaşan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafı, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

Hökumətə "Booz Allen Hamilton" konsaltinq şirkəti tərəfindən hazırlanmış təkliflər paketi təqdim olunub.

Xəbər lenti

Xəbər lenti