...

Azərbaycanın Rabitə Nazirliyi: "Maltanın "Fimbank" şirkəti məhkəmə prosesini uzatmağa çalışır"

Telekommunikasiya Materials 29 Sentyabr 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 9-da Hollandiyanın Rotterdam dairə məhkəməsində Maltanın "Fimbank" bankı və maraqları Rabitə Nazirliyi tərəfindən müdafiə olunan Azərbaycan hökuməti arasında maliyyə məsələlərii ilə bağlı məhkəmə iddiası ilə əlaqədar, tərəflərin ifadələri dinləniləcək.

Rabitə Nazirliyi hüquq və kadrlar şöbəsinin rəhbəri Bəxtiyar Məmmədova istinadən verdiyi məlumata görə, əgər bank əlavə şahidin gətirlməsi ilə bağlı müraciət etməsəydi, oktyabrın 9-da yekun iclası keçirmək mümkün olardı.

Azərbaycan tərəfi bankın belə hallarla məhkəmə prosesini uzatmaq niyyətinin olmasını məhkəmənin diqqətinə çatdırmaq istəyir. "Fimbank" hələ əlavə şahidin adını açıqlamayıb.

Bank tərəfindən irəli sürülən iddialar nəticəsində, Azərbaycanın peyk rabitəsi şirkətlərində malik olduğu səhmlərin həbsinə dair qərar çıxarılıb, bunlara Hollandiyanın "New Skies Satellites N.V." şirkətində olan 50 000 səhm, Fransanın "Eutelsat S.A." şirkətində olan 500 000 səhm, bu səhmlərdən əldə olunan dividendlər daxildir. Həmçinin, Bermud adalarında qeydiyyatdan keçən "İntelsat ltd" şirkətində hökumətin malik olduğu iştirak payına da həbs qoyulub.

Parisin ali məhkəmə instansiyası noyabrın 10-da Rabitə Nazirliyinin "Eutelsat S.A." peyk rabitə şirkətində olan 500 min səhminin həbs edilməsi ilə bağlı qərarını ləğv edib.

Xəbər lenti

Xəbər lenti