...

Azərbaycan poçt daşınmaları üçün yeni maşınlar alacaq

Telekommunikasiya Materials 27 Dekabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan ölkə daxilində yük daşınmaları üçün, Ümumdünya Poçt İttifaqının (ÜPİ) yardımı ilə reallaşdırılacaq layihə çərçivəsində, yeni avtomaşınlar alacaq. Bu barədə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər. "Poçtun (Azerpocht DM) bazasında olan avtomaşınların böyük hissəsi istismar üçün köhnəldiyindən, yeni maşınların alınması vacibdir"-nazirlikdəki mənbə bildirib. Bu gün Azerpocht Dövlət Müəssisəsinin bazasında 15 avtomaşın var. Bu avtomaşınlardan ölkə daxilində-Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı və yardımçı Gəncə-Qazax-Gəncə, Qəbələ-Balakən-Qəbələ əsas poçt daşınmaları marşrutlarında istifadə olunur. Mənbənin sözlərinə görə, alınacaq maşınların sayı layihənin dəyərindən, avtomaşınların növü və markasından asılıdır. Layihənin reallaşdırılması üçün 2008-ci ilin yanvarında Rabitə Nazirliyi onu ÜPİ-nin təsdiqinə verəcək. Layihə təsdiq olunsa, onun reallaşdırılmasına vəsait ÜPİ-nin poçt xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün 1999-cu ildə təsis etdiyi xüsusi fond hesabına ayrılacaq. (Sənaye cəhətdən inkişaf etmiş dövlətlər fondun hesabına koresspondensiyaların həcminə proporsional surətdə ayırmalar edirlər. Bu vəsaitlər inkişafda olan ölkələrə istiqamətləndirilir və bu ölkələr çatdırılma müddətini azaltdıqca, daha böyük məbləğdə pul alırlar). Bu gün bu vəsait 53.3 min dollardır. "Layihənin reallaşdırılmasına bu vəsait kifayət etmədiyindən, biz Koreyanın poçt administrasiyasına müraciət etmişik"-mənbə bildirib. İlkin razılaşmaya görə, Koreya Azərbaycana 50 min dollar məbləğində qrant ayıra bilər. Bu məqsədlər üçün Rabitə Nazirliyi də eyni məbləği ayıracaq. Nəticədə, layihənin dəyəri 160 min dollar ola bilər. Rabitə Nazirliyində hesab edirlər ki, ÜPİ bu layihəni yanvarda təsdiq etsə, maşınları 2008-ci ilin birinci rübündə almaq mümkündür. "Yeni avtomaşınların alınması daşınmaların səmərəliliyini artıracaq və çatdırılma müddətini qısaldacaq"-nazirlikdən qeyd ediblər. 2005-ci ilin dekabrında Rabitə Nazirliyi tərəfindən dəyəri 138 min dollar olan analoji layihə nəticəsində Azerpocht DM üçün 7 avtomaşın alınıb.

Xəbər lenti

Xəbər lenti