...

"Azercell" yeni rouminq sazişləri bağlayıb

Telekommunikasiya Materials 18 Fevral 2008 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / " / Azərbaycanın Mobil rabitə operatoru "Azercell Telekom" GRPS/MMS üzrə yeni rouminq-müqavilələri bağlayıb. Şirkətin məlumatında bildirilir ki, müqavilə Avstraliyanın "Optus", Tacikistanın "Babilon-Mobile", Bermudanın "M3" və Honkonqun "Hutchison" operatorları ilə imzalanıb.

Bu, "Azercell"in Tacikistan və Bermuda ilə birinci, Avstraliya ilə sayca ikinci, Honkonqla isə altıncı GRPS/MMS rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Avstraliyanın "Telstra", Honkonqun isə "SmarTone-Vodafone", "CSL Ltd", "People", "HKCSL" və "Sunday" operatorlarının xidmətindən yararlanırlar.

İndiyə kimi "Azercell Telekom" 58 ölkənin mobil rabitə operatorları ilə 118 GPRS/MMS rouminq sazişi bağlayıb. Operator abunəçilərinin sayı 2,8 mln. nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti