...

"AzDatacom" Azərbaycanın regionlarına doğru genişlənir

Telekommunikasiya Materials 28 Fevral 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycanın 8 regionunda "AzDatacom" milli informasiyalarının ötürülməsi üzrə magistral şəbəkənin test sınaqları keçirilir,- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

"Gəncənin mərkəzində, Goranboy, Yevlax, Ağdaş, Göyçay, Ağsu, Şamaxı və Mərəzədə "AzDatacom" şəbəkəsi üzrə avadanlıqlar quraşdırılıb" - Rabitə Nazirliyinin İnformasiya Hesablama Mərkəzinin direktor müavini Sahib Nəcəfov bildirib. "AzDatacom"un əsas idarəetmə mərkəzi də bu qurumun nəzdində yerləşir. Şəbəkə IP/ MPLS (Multiprotocol Label Switching) texnologiyalarının əsasında yaradılıb.

"AzDatacom"un layihəsi "Milli elektron idarəetmə təşəbbüsü" (National E-Governance Network Initiative) adlı texniki dəstək layihəsi, Rabitə Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilir və 2004-2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramına daxil olan tədbirlərdən biridir.

Direktor müavini bildirib ki, bu regionlarda şəbəkə artıq mart ayında istismara verilə bilər, digər regionlarda isə, hazırlıq və montaj işləri aparılır.

Cari ilin yanvar ayında "AzDatacom" şəbəkəsinin ötürmə gücü 10 Qb/s. olan Bakı dairəsi istismara verilib.

"AzDatacom"un yaradılması iki mərhələdən ibartədir - birinci mərhələ Bakı şəhərini, ikinci mərhələ isə, Azərbaycanın digər region və şəhərlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti