Azərbaycan, Bakı, 10 may/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom mayda 29 yeni radio-baza stansiyasını istismara verib. Şirkətdən verilən məlumata görə, onlardan 15-i Bakı, 3-ü Abşeron, digərləri Ağsu, Bərdə, Cəlilabad, İsmayıllı, Göyçay, Şamaxı, Şəki, Tovuz, Zaqatala və Zərdab rayonlarının ərazisində quraşdırılıb.
Ümumilikdə iyun ayının əvvəlinə "Azercell"-in 1403 stansiyası fəaliyyət göstərir. 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi də quraşdırılıb.
Azərcell Telecom 1996-cı il yanvarın 19-da yaradılıb. Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.
Fintur Holding BV-nin səhmlərinin 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə "Teliasonera" şirkətinə məxsusdur. Bu gün o tam özəlləşdirilmiş özəl şirkət kimi fəaliyyət göstərir. Operator ölkədə 3,3 mln.-dan çox abunəçiyə xidmət göstərir.