...

Azercell Telecom abonentləri mümkün qüsurlar barədə xəbərdar edir

Telekommunikasiya Materials 26 İyul 2008 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul/ Trend / Azərbaycanın mobil rabitə şirkəti Azercell Telecom abonentlərini iyulun 29-da gecə və səhər vaxtlarında xidmətlərində mümkün qüsurların olacağı barədə xəbərdar edir.

Bu, operator şəbəkəsində aparılan təkmilləşdirmə işləri ilə bağlıdır. Şirkət rabitə keyfiyyətinin yaxşılaşdırılması məqsədilə analoji işləri mütəmadi aparır.

Hazırda Azercell Telecomun abonentlərinin sayı 3 milyondan çoxdur.

Şirkət 1996-cı ilin yanvarında yaradılıb. Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və "Fintur Holdings BV" şirkətinin (64,3 faiz) birgə müəssisəsidir. "Fintur Holdings BV" şirkətinin səhmlərinin 58,55 faizi "TeliaSonera" və 41,45 faizi "Turkcell" şirkətinə məxsusdur

Xəbər lenti

Xəbər lenti