...

Azərbaycan İnternet istifadəçilərinin sayına görə Gürcüstan və Ermənistanı qabaqlayır - Internet World Stats

Telekommunikasiya Materials 22 Noyabr 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr/ Trend , müxbir S.Babayeva/ İnternetdən İstifadə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats) məlumatına əsasən, Azərbaycanda internetdən istifadə edənlərin sayı 1 milyon nəfərdən çoxdur.Bu o deməkdir ki, Azərbaycan İnternet istifadəçilərinin sayına görə Gürcüstan və Ermənistanı əhəmiyyətli dərəcədə qabaqlayıb.

Hesabata əsasən, dünya üzrə bütün İnternet istifadəçilərinin 39,5 faizi Asiya ölkələrinin payına düşüb. Cədvəldə qitənin bir sıra ölkələri üzrə göstəricilər təqdim edilib.

ASİYA Əhali (2008- ci il üçün təqribən) İnternet istifadəçiləri (2000 - ci il) İnternet istifadəçiləri (son göstəricilər) Əhaliyə nisbətdə istifadəçilər, faizlə Asiyada istifadəçilər, faizlə İstifadəçilərin artımı (2000-2008, faizlə)
Azərbaycan 8,177,717 12,000 1,035,600 12.7 0.2 8,530
Ermənistan 2,968,586 30,000 172,800 5.8 0.0 476.0
Çin 1,330,044,605 22,500,000 253,000,000 19 43.7 1,024.4
Gürcüstan 4,630,841 20,000 360,000 7.8 0.1 1700.0
Qazaxıstan 15,340,533 70,000 1,400,000 9.1 0.2 1900.0
Qırğızıstan 5,436,608 51,600 280,000 5.2 0.1 442.6
Monqolustan 2,996,081 30,000 320,000 10.7 0.1 966.7
Tacikistan 7,211,884 2,000 19,500 0.3 0.0 875.0
Türkmənistan 5,179,571 2,000 70,000 1.4 0.0 3,400.0
Özbəkistan 28,268,440 7,500 1,745,000 6.2 0.2 23,166.7
Asiya üzrə cəmi 3,776,181,969 114,304,000 578,538,257 15.3 100.0 406.1
Xəbər lenti

Xəbər lenti