Azərbaycan, Bakı, 24 noyabr/ Trend / Hewlett Packard-ın çoxillik yerli tərəfdaşları - Azel, Bestel, Lider, Unitech, Sinam şirkətləri HP Gold Preferred Partner statusunu alıblar. Bu şirkətlər HP ilə tərəfdaşlıq statusunu artırıblar ki, bu da şirkətlərin servislərinin peşəkar səviyyəsinin artmasına dəlalət edir, - HP-nin məlumatında bildirilir.
Azel şirkəti Service Specialist, Imaging and Printing Specialization, Bestel şirkəti -Enterprise Storage & Services Specialization, Unitech şirkəti isə - Enterprise Storage & Services Specialization və Large Format Printing Specialization ixtisaslaşmaları üzrə HP Gold Preferred Partner statusunu əldə edib.
Idrak Texnologi Transfer şirkəti də Preferred Partner statusunu almaqla, HP-nin yeni yerli tərəfdaşı olub.
HP şirkətinin Azərbaycan nümayəndəliyinin tərəfdaşlarla iş üzrə meneceri İbrahim Səidovun sözlərinə görə, HP-nin yerli biznes-tərəfdaşlarının İT-mütəxəssislərinin peşəkar səviyyələrinin yüksəlməsi şirkətə Azərbaycandakı fəaliyyətini genişləndirməyə və müştərilər üçün daha yüksək səviyyəli xidmətləri təmin etməyə imkan verir. O, bildirib ki, tərəfdaş statusu yerli şirkətlərə HP-nin tədris proqramlarında iştirak etmək, HP Preferred Partner statusuna aid bütün üstünlüklərdən bəhrələnmək imkanını təmin edir.
Azərbaycanda HP şirkətinin doqquz "Preferred Partner" statuslu tərəfdaşı var; MDB məkanı üzrə bu statuslu şirkətlərin sayı 150-dir. MDB ölkələri üzrə HP Gold Preferred Partner statusuna 50 şirkət malikdir; onlardan 5-i Azərbaycanı təmsil edir.