...

"Aznar" ASC ofislərini özəl virtual şəbəkə vasitəsilə birləşdirməyi planlaşdırır

Telekommunikasiya Materials 6 İyul 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir H. Vəliyev/

"Aznar" ASC Bakı və Moskva ofislərini, eləcə də Göyçaydakı zavodu vahid VPN-də (Virtual Private Network - özəl virtual şəbəkə) birləşdirmək üçün korporativ şəbəkə yaratmağı planlaşdırır. Bu barədə Trend -a "Aznar" ASC-nin marketinq meneceri Əli Abdulov məlumat verib.

Abdulovun sözlərinə görə, müəssisələrin biznesinin güclənməsi təbii olaraq ərazi bölüşdürmə ofisləri ilə əlaqəni dəstəkləməyə gətirib çıxarıb. Bununla əlaqədar olaraq, uzaq şöbələr arasında mükəmməl informasiya mübadiləsində yaranmış problemləri aradan qaldırmaq üçün qərar qəbul edilib. VPN şəbəkəsinin yaradılması işi sentyabra nəzərdə tutlub. Özəl virtual şəbəkənin yaradılması müəssisə ofislərini telekomunikasiya spektrinin tam xidmətləri və yüksək güvənlik zəmanəti ilə vahid təhlükəsiz korporativ şəbəkədə birləşdirmək imkanı verəcək.

VPN-in texnologiyalarından vahid informasiya sahəsinin yaradılması üçün effektli alət kimi istifadə olunacaq.  Bura aşağıdakı xidmət komplektləri daxildir: məlumatların ötürülməsi, filiallarla korporativ telefon əlaqəsi, bölüşdürmə ofisləri arasında məsafəli müşavirələrin keçirilməsi üçün vidokonfrans əlaqəsi, internet şəbəkəsinə qoşulma, təhlükəsiz elektron sənəd dövriyyəsinin təşkil edilməsi, məxfi informasiyalarla iş və s.

"Aznar" ASC şirə, ilk növbədə nar şirəsi istehsalında ixtisaslaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti