...

"Azercell" və "Azerfon" rəhbərliyi razılığa gəliblər

Telekommunikasiya Materials 27 İyul 2009 17:11 (UTC +04:00)
Ötən şənbə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Azerfon" və "Azercell" rəhbərləri arasında baş vermiş mübahisənin həlli üzrə görüş keçirilib.

Azərbaycan, Bakı, 27 iyul / Trend , H. Vəliyev /

Ötən şənbə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Azerfon" və "Azercell" rəhbərləri arasında baş vermiş mübahisənin həlli üzrə görüş keçirilib. Bu barədə Trend -a "Azercell" şirkətindən məlumat verilib.

"Azercell"-dən deyildiyi kimi, tərəflər mübahisəni danışıqlar yolu ilə həll etmək qərarına gəliblər və bu istiqamətdə müəyyən uğurlar əldə olunub. Hazırda ödəmə planının təsdiq olunması barədə danışıqlar aparılır və buna əsasən yığılmış borc "Azerfon" tərəfindən mərhələli şəkildə ödəniləcək.

Mübahisə "Azercell"-in 21 iyuldan "Azerfon"la mobil rabitə kanallarını ixtisar etmək barədə bəyənatı ilə əlaqədar yaranıb. "Azercell" şirkəti bu addımını "Azerfon"-un bir il ərzində yığılmış borcu ödəməməsi ilə əlaqələndirmişdi.

1 saylı yerli İqtisad Məhkəməsi bu işə baxılmanın sonuna qədər "Azercell" və "Azerfon" arasında şəbəkələrarası bağlantının kəsilməsinə qadağa qoyub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti