...

Azərbaycan üçün peykin yaradılması üzrə tenderin qalibi növbəti həftə müəyyən olunacaq

Telekommunikasiya Materials 28 İyul 2009 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Q.Vəliyev /

Azərbaycan üçün peykin yaradılması üzrə tenderin qalibi növbəti həftə müəyyən olunacaq, bu barədə jurnaslitlərə müsahibəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə əsasən, hazırda ilk peykin yaradılması üzrə tender təkliflərini təqdim edən şirkətlərin təkliflərinə ətraflı şəkildə baxılıb və növbəti həftə müqavilənin imzalanacağı şirkət müəyyən olunacaq.   

Layihə dövlət başçısının respublikada kosmik sənayenin yaradılması haqqında sərəncamına müvafiq olaraq həyata keçirilir.  

Tenderdə ABŞ, Rusiya və Fransanın beş şirkəti iştirak edir. Azərbaycan iki peykin alınması imkanını nəzərdən keçirir. İlk peyk ölkənin daxili vəsaitləri hesabına, ikinci peyk isə xarici vəsaitin cəlb olunması hesabına alınacaq.

Hazırda Beynəlxalq Elektron Rabitə Şurası tərəfindən Azərbaycan üçün iki orbital mövqe ayrılıb, ölkə onları 20 il müddətinə icarəyə götürüb.

RİTN-nin ilkin məlumatlarına əsasən, ilk peyk orbitə 2011-ci ildə, ikinci isə 2012-ci ilə kimi buraxılacaq. Layihənin həyata keçirilməsi Azərbaycanın beynəlxalq kosmik bazara daxil olmasına imkan verir. AzerSpace peykinin əhatə dairəsinə Avropa (Skandinaviya istisna olmaqla), qismən Asiya daxil olacaq. Peyk teleradio yayım və internetdə transmissiyaya mailk olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti