Azərbaycan, Bakı, 01 sentyabr / Trend , Q.Vəliyev /
"İçəri Şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu qala ərazisində nəqliyyatın gediş-gəlişinə kart sistemi tətbiq edib, "AzərTac" dövlət agentliyi bildirib.
Sistem "İçəri Şəhər" ərazisinə avtomobillə girişin məhdudlaşdırılması üçün nəzərdə tutulub. Beləliklə, sentyabrın 1-dən "İçəri Şəhər" ərazisində gediş pullu əsaslarla olacaq. Giriş göstərilmiş kart üzrə təmin olunacaq. Sürücünün identifikasiyası üçün karta sürücü və avtomobil haqda məlumat daxil edilir.
Girişin məhdudlaşdırılmasi üçün nəzarətçinin idarəsi ilə işləyən avtomatik şlaqbaumlar istifadə edilir. Onlar kart üzrə gediş zamanı açılmanı təmin edir.
"İçəri Şəhər" sakinlərinin nəqliyyat vasitələri üçün giriş ödənişsizdir. Avtonəqliyyatla gediş qeyri-sakinlər və şirkət əməkdaşları üçün pullu əsaslarla həyata keçirilir. "İçəri Şəhər" ərazisində fəaliyyət göstərən şirkətlərin əməkdaşları gediş üçün daimi kart əldə edə bilərlər.
Digər avtomobil vasitələri üçün birdəfəlik kartlar təklif edilir. "İçəri Şəhər" ərazisində qalmağın qiyməti hər saata görə hesablanır. İlk saat iki manat, sonrakı hər saat üçün isə bir manat alınır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]