...

Microsoft Azerbaijan 2010-cu ilin birinci yarısında Windows 7 və Office 2010-un lokallaşdırılması üzrə işləri tamamlayacaq

Telekommunikasiya Materials 14 Sentyabr 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir H.Vəliyev /

Windows 7 və Office 2010-un lokallaşdırılması üzrə işlərin tamamlanması 2010-cu ilin birinci yarısında gözlənilir. Bu barədə Trend -a Microsoft Azerbaijan nümayəndəliyinin başçısı Teymur Axundov bildirib.

Sistemin lokallaşdırılması MUI-faylların Azərbaycan dilində hazırlanmasını nəzərdə tutur. Axundovun sözlərinə görə, Windows XP və Vista-nın lokallaşdırılmasından fərqli olaraq, əvvəlcədən yaradılmış qlossari xüsusi dəyişikliklərə tab gətirməyəcək.

Layihə SINAM şirkəti tərəfindən həyata keçirilir. Şirkət Windows Vista və Microsoft Office 2007-nin ofis paketini lokallaşdırıb. Lokallaşdırma layihələri iki hissədən ibarət idi: lokallaşdırmanın təşkili - qlossarinin yaradılmasını və onun ictimaiyyətin müzakirəsinə çıxarmağı nəzərdə tuturdu. Qlossarinin hazırlanmasına Microsoft və SINAM ekspertləri ilə yanaşı, həmçinin dilşünaslar, dövlət müəssisələrinin əməkdaşları və ictimaiyyət cəlb olunub.

Windows 7-nin son versiyası oktyabrda, Office 2010 isə 2010-cu ilin birinci yarısında meydana çıxacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti