Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir H.Vəliyev/
Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir ki, Moskvada Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 21-ci iclası keçirilib.
İclasda MDB ölkələrinin, o cümlədən Azərbaycanın rabitə administrasiyalarının, həmçinin ITU-nun (International Telecommunications Union) MDB ölkələri üzrə regional şöbələrinin nümayəndələri iştirak ediblər.
İclas ITU-nun elektrorabitə siyasəti üzrə beynəlxalq forumunun nəticələrinə və strukturun növbəti sessiyasına hazırlıq məsələrinin müzakirəsinə həsr olunub.
ITU-nun konfransı 4-22 oktyabr tarixlərində Meksikada, şuranın növbəti iclası isə 20-30 oktyabr tarixlərində Cenevrədə keçiriləcək.
İlk dəfə olaraq RRB çərçivəsində üç işçi orqanın - RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyası, Radioelektron vasitələrin elektromaqnit uyğunluğu komissiyası və Radio verilişi idarələri şəbəkəsinin birgə iclası baş tutub.
İştirakcılar elektrorabitə inkişafı üzrə RRB iştirakçılarının 2010-cu ildə keçiriləcək beynəlxalq konfransına hazırlığı, həmçinin 2011-ci ildə Radiorabitə Assambleyasının əsas məqamlarını müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]