...

BakuTel-2009 sərgisi çərçivəsində Azərbaycanın telekommunikasiya bazarının aktual məsələləri müzakirə olunacaq

Telekommunikasiya Materials 22 Oktyabr 2009 16:20 (UTC +04:00)
4-7 noyabr tarixlərində BakuTel-2009 beynəlxalq sərgisi çərçivəsində təşkil ediləcək konfransda Azərbaycanın telekommunikasiya bazarının aktual məsələləri, mobil və fiksajlanmış rabitə sektoru, yeni texnologiyaların tətbiqi müzakirə ediləcək.
BakuTel-2009 sərgisi çərçivəsində Azərbaycanın telekommunikasiya bazarının aktual məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir H.Vəliyev/

4-7 noyabr tarixlərində BakuTel-2009 beynəlxalq sərgisi çərçivəsində təşkil ediləcək konfransda Azərbaycanın telekommunikasiya bazarının aktual məsələləri, mobil və fiksajlanmış rabitə sektoru, yeni texnologiyaların tətbiqi müzakirə ediləcək. Bu barədə sərginin təşkilatçısı "Iteca Caspian" şirkətinin məlumatında deyilir.

Konfrans müəssisələrin biznes proseslərinin optimallaşması üçün təyin edilən son qərarlarla tanış olmaq imkanı verəcək. Aparıcı beynəlxalq və yerli İT telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək, heyətləri informasiya texnologiyası və proqram təminatı sahəsində əldə edilən yeni nəaliyyətlərlə tanış edəcəklər.

Konfrans İT və telekommunikasiya bazarlarının ən vacib məsələlərini bu sahənin mütəxəsisləri ilə bilavasitə müzakirə etmək üçün effektiv işgüzar mühit yaradacaq. Konfrans çərçivəsində həmçinin tibb sahəsində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiya təşkil ediləcək. Yaponiya və Türkiyənin bütün dünyada tanınmış universitetlərindən alim və professorlar məruzələrlə çıxış edərək iştirakçıları üz tədqiqatları ilə tanış edəcəklər.

BakuTel-2009 sərgisi bu il 15 illiyini qeyd edəcək. 15 ölkədən olan 100-dən artıq şirkət sərgidə iştirak edəcək. Ümumiyyətlə, yarandığı vaxtdan bu günədək BakuTel sərgisində 26 ölkədən olan 800-dən artıq şirkət iştirak edib.

BakuTel-2009 sərgisi nümayişə çıxarır: telekomunikasiya və şəbəkə, genişzolaqlı rabitə və texnologiya, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyası, internetə simsiz daxilolma texnologiyası, teleradioyayım texnologiyası və avadanlıqları, proqram təminatı və avtomçatlaşma sistemi, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, elektron biznes və elektron hökumət.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti