Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom istehsalat birliyi Mingəçevir telekommunikasiya xəttində TAC-Kart sisteminin tətbiqi üzrə işləri başa çatrdırıb. Bu barədə Nazriliyin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, TAC-kart hazırda Sumqayıt, Gəncə, Şəki, Quba, Şirvan və Naxçıvan Muxtar Respublikasının telekommunikasiya xətlərində təqdim olunur.
Tac-Kart sisteminin əhatə zonasının və funksionallığının genişlənməsi "Aztelekom"un gələcək planlarına daxildir. Operator yaxın zamanlarda şəhərlərarası və beynəlxalq xidmətlər, internetə girişlə yanaşı İP protokolu üzərindən qısa mesaj göndərmək xidmətini də təqdim edəcək.
TAC KART - rabitə sahəsində debitora alternativ olaraq yaradılmış kredit sistemidir. Abunəçi debitor sistemi ilə həyata keçirilmiş beynəlxalq və şəhərlərarası danışıqlara görə ödəməni TAC KART sistemi vasitəsilə pul vəsaitini telefonun balansına köçürməklə ödəyir.
Balansa pul vəsaitinin yüklənməsi üçün 181 və ya 124 nömrələrindən istifadə olunur. Abonent bundan sonra beynəlxalq və şəhərlərarsı danışıqlar etmək üçün 123 kodunu yığır.
Abunəçilərə 2, 4,10 manat dəyərində olan TAC KART kartları təklif edilir.