...

BMT İnkişaf Proqramı Azərbaycanda vətəndaş vəziyyəti aktlarının elektronlaşdırılması üzrə tender elan edib

Telekommunikasiya Materials 30 Mart 2010 15:22 (UTC +04:00)
BMT İnkişaf Proqramı "Azərbaycanın Dövlət Reyestrinin formalaşması və inkişafı" layihəsi çərçivəsində vətəndaş vəziyyəti aktlarının elektron formaya köçürülməsi üzrə tender elan edib.

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir H.Vəliyev/

BMT İnkişaf Proqramı "Azərbaycanın Dövlət Reyestrinin formalaşması və inkişafı" layihəsi çərçivəsində vətəndaş vəziyyəti aktlarının elektron formaya köçürülməsi üzrə tender elan edib.

"Azərbaycanın Dövlət Reyestrinin formalaşması və inkişafı" layihəsi 2006-cı ildən həyata keçirilir və Azərbaycanda elektron hökumət üzrə texnogiyaların mühüm elementlərindən biridir.

Dövlət Reyestri Azərbaycanın bütün vətəndaşları, həmçinin, Azərbaycan ərazisində daim yaşayan, lakin vətəndaşlığı olmayan və əcnəbilər haqqında informasiyanı əks etdirən məlumat bankını ehtiva edir.

Layihənin şərtlərinə görə, hər adama fərdi identifikasiya nömrəsi (FİN) veriləcək. Hər vətəndaş haqqında qeyd 18 göstəricidən ibarət olacaq. Onların arasında yaxın qohumlar, soyadın dəyişdirilməsi haqqında məlumatlar da var. Biometrik göstəricilər - doğum tarixi və yeri, gözlərin rəngi, boy, qan qrupu da əhalinin reyestrinin tərkib hissəsi olacaq.

FIN müxtəlif nazirliklərin əhali ilə bağlı məlumatların vahid bölüşdürülmüş məlumat bazasına inteqrasiyasına imkan verəcək və bunun özəyi də məhz bu reyestr olacaq.

Reyestrin informasiya hissəsi, əsasən, DİN və VVAQ-ın məlumat baza sistemindən alınan məlumatlardan ibarət olacaq və hər gün yenilənəcək. Dövlət Reyestrinin tətbiqi Azərbaycan Ədliyyə Nazirliyi yanında Dövlət Reyestr Xidmətinə həvalə olunub. Məlumatların elektron arxivləşdirilməsi informasiyanın saxlanmasının maksimum müddətini və həcmini təmin etməyə imkan verəcək. Eyni zamanda, əhalinin reyestrinin formalaşdırılması ilə yanaşı, itirilmiş sənədlərin reyestri də tətbiq ediləcək. Həmçinin, internet şəbəkəsi vasitəsilə alınacaq bəzi reyestr məlumatlarına ictimai çıxışın təmin edilməsi planlaşdırılır.

Layihənin reallaşmağa başladığı vaxtdan işçi qrupu yaradılıb, bəzi Avropa ölkələrinin bu sahədə təcrübəsi öyrənilib və fəaliyyət planı təsdiqlənib. Hazırda ötən əsrin 20-ci illərindən kağız arxivlərdə saxlanılan 17 milyona yaxın vətəndaş vəziyyəti aktlarının elektron-məlumat formatına köçürülməsi üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti