...

Azərbaycan Avropa ilə yeni alternativ rabitə kanalı alacaq

Telekommunikasiya Materials 24 Yanvar 2011 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Avropa ilə yeni alternativ rabitə kanalı alacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəmil Cəfərov bildirib.

Transsərhəd keçidi Azərbaycan-Türkiyə dövlət sərhədlərinin kəsişmə nöqtəsi olacaq.

Cəfərovun sözlərinə görə, bu gün layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanın "Azertelecom" və Türkiyənin "Turk Telecom" şirkətləri arasında müqavilə imzalanıb.

Layihə şirkətlərin şəbəkələri arasında birbaşa keçidi təşkil etməyə və Avropada yerləşən internet-trafiklərin mübadiləsi baxımından Azərbaycanın telekommunikasiya infrastrukturlarını birbaşa birləşdirməyə imkan verəcək.

Layihənin həyata keçiirlməsində əsas vəzifələrdən biri alternativ kanalların təmin edilməsidir. Azərbaycanla Türkiyə arasında birbaşa keçid mövcud lif-optik kabel magistrallarında problemlərin meydana çıxacağı halda, rezerv rabitə kanalı kimi çıxış edəcək. Layihə STM-64 müasir texnologiyalar səviyyəsi əsasında yüksəksürətli yerüstü kanalın tikintisini nəzərdə tutur.

Bu gün Azərbaycan yerüstü kabel resurslarından istifadə edir. Azərbaycanın trafiki (ölkənin "Delta Telecom" ilkin provayderi şəbəkəsi üzrə) üç istiqamət üzrə daxil olur. Rusiyadan və Türkiyədən daxil olan ilk iki istiqamət əsas kimi, İranın şəbəkə infrastrukturundan isə rezerv kimi istifadə olunur.

Xəbər lenti

Xəbər lenti