...

"Azerfon-Vodafone" "Sərbəst ünsiyyət" paketini təqdim edib

Telekommunikasiya Materials 29 Aprel 2011 17:47 (UTC +04:00)
Aprelin 29-dan etibarən "Azerfon-Vodafone" abunəçiləri ayda cəmi 95 manat ödəməklə, bütün Azərbaycanla istədikləri qədər danışa biləcəklər.
"Azerfon-Vodafone" "Sərbəst ünsiyyət" paketini təqdim edib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Aprelin 29-dan etibarən "Azerfon-Vodafone" abunəçiləri ayda cəmi 95 manat ödəməklə, bütün Azərbaycanla istədikləri qədər danışa biləcəklər.

"Sərbəst ünsiyyət" paketini aktivləşdirmək üçün telefonun ekranında *120#95#YES şifrəsini yığmaq və ya "95" yazaraq 1123 nömrəsinə SMS göndərmək kifayətdir. Paketdən 30 günlük istifadə haqqı cəmi 95 manat təşkil edir.

"Sərbəst ünsiyyət" paketinə şəbəkədaxili səsli və videozənglər üçün limitsiz, ölkədaxili digər istiqamətlərə zənglər üçün 2500 dəqiqə danışıq vaxtı daxildir.

"Sərbəst ünsiyyət" paketindən aktiv statusda olan "Azerfon-Vodafone Basic" tarif planının istifadəçiləri yararlana bilərlər.

"Sərbəst ünsiyyət" paketi haqqında əlavə məlumatı www.azerfon-vodafone.com saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti