...

Azərbaycan Rabitə Nazirliyi və rabitə operatorları CATEL şirkətinin problemlərinin həlli üzrə işi davam etdirir

Telekommunikasiya Materials 26 May 2011 16:38 (UTC +04:00)
Rabitə operatoru CATEL şirkətinin şəbəkəsində problemlərin mövcud olmasına baxmayaraq, şirkətin telefon şəbəkəsinin stasionar seqmentinin bir hissəsi - təqribən 20 min nömrə işləyir. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Azərbaycan Rabitə Nazirliyi və rabitə operatorları CATEL şirkətinin problemlərinin həlli üzrə işi davam etdirir

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir H.Vəliyev/

Rabitə operatoru CATEL şirkətinin şəbəkəsində problemlərin mövcud olmasına baxmayaraq, şirkətin telefon şəbəkəsinin stasionar seqmentinin bir hissəsi - təqribən 20 min nömrə işləyir. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

"Mobil hissəyə gəlincə, burada olan problemlər həm CATEL-in, həm digər operatorların, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərinin iştirakı ilə mütəmadi müzakirə olunur", - Məmmədov bildirib.

Bir müddət əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdi ki, nazirlik CATEL rabitə operatorunun CDMA seqmentini Azerfon mobil rabitə operatorunun, stasionar seqmenti isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə verilməsinin mümkünlüyünə baxır.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli telefon nömrələri, eləcə də 040 zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazalardakı nasazlıqlarla izah edib.

Xəbər lenti

Xəbər lenti