...

Naxçıvan MR-in poçt şöbələri "Azərpoçt"un avtomatlaşdırılmış korporativ-informasiya sisteminə qoşulur

Telekommunikasiya Materials 25 İyun 2011 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Naxçıvan Muxtar Respublikasının poçt şöbələrinin avtomatlaşdırılmış korporativ-informasiya sisteminə qoşulması ilə bağlı işlər görür. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin rəisi, RRB poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hazırda poçt operatorunun korporativ şəbəkəsinə 700-dən artıq filial və şəbəkə qoşulub.

İlin sonuna operatorun filial şəbəkəsinin texniki hazırlığından asılı olaraq 1200 poçt rabitəsi şöbəsi və filialı sistemə çıxış əldə edəcək.

Bu gün sistemə qoşulan 400-dən çox filial və şəbəkə artıq Azərbaycan Mərkəzi Bankından əhaliyə maliyyə xidmətlərinin göstərilməsi üçün icazə alıblar. Operatora yeddi maliyyə xidmətindən beşi üzrə xidmətin göstərilməsi üçün icazə verilib. Onlara poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aiddir. Bu il daha iki xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası məsələsinə baxılacaq.

Azərbaycanın bank bazarına daxil olmaqla "Azərpoçt" bank bazarının oyunçuları ilə ciddi rəqabət aparacaq. Bu gün Azərbaycanın bank sektorunda 44 bank fəaliyyət göstərir ki, onların filial şəbəkəsi 500-ü ötür. Halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü keçir.

Xəbər lenti

Xəbər lenti