...

Azərbaycanın poçt operatoru maliyyə xidmətlərini genişləndirir

Telekommunikasiya Materials 6 İyul 2011 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC "Coinstar" və "Contact" təcili pul köçürmələri xidmətlərinin tətbiqini planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Rabitə və İnformasiya Texnoloiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Hazırda bu məsələ bu pul köçürmələri sistemləri ilə danışıqlar mərhələsindədir və ilkin proqnozlara görə, artıq oktyabrın 1-nə bu xidmətlərdən istifadə etmək olacaq", - Məmmədov qeyd edib.

Hazırda poçt operatorunun təxminən 160 şöbəsi ilə Western Union sistemi üzrə pul köçürmələri həyata keçirilə bilər.

Poçt operatoru korporativdaxili səviyyədə istifadə olunan lokal plastik kartların emissiyasına da başlayıb. Poçt operatorunun buraxdığı plastik kartlara "MilliKart" prosessinq mərkəzindən xidmət göstərilir.

Məmmədovun sözlərinə görə, kart sahibləri arasında müştəri bazasının artırılması tədbirləri üzrə perspektivdə operator özünün prosessinq mərkəzinin açılması imkanını müzakirə edib.

Hazırda poçt operatoru "MasterCard" beynəlxalq ödəniş sisteminə üzvlüklə bağlı danışıqlar aparır və bu plastik kartların emissiyası üzrə iş artıq oktyabra kimi başlaya bilər.

"Azərpoçt" MMC əhaliyyə maliyyə xidmətlərinin göstərilməsinə 2010-cu ilin ortalarında başlayıb. Operatora mövcud yeddi xidmətdən beşi üzrə xidmət göstərməyə icazə verilib. Bunlara hesabların açılması və idarə edilməsi, pul köçürmələri, debet kartların emissiyası, müştərilərin sifarişi ilə valyutanın alqı-satqısı və digər qiymətli vəsaitlər üzrə əməliyyatlar aiddir.

Poçt operatoru tərəfindən bank xidmətləri avtomatlaşdırılmış korporativ informasiya sistemi vasitəsilə həyata keçirilir. Sistemə artıq respublika üzrə yerləşən poçt rabitəsinin 100-dən çox şöbə və filialları qoşulub.

"Azərpoçt" Azərbaycanın bank bazarına daxil olmaqla, bank bazarı oyunçularına ciddi rəqib sayılacaq. Bu gün Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir, filialların ümumi sayı 664-ü ötür. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti