...

Azərbaycanın mobil rabitə operatoru 3G xidmətini işə salıb

Telekommunikasiya Materials 18 Noyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Azercell şirkəti öz şəbəkəsinin abunəçiləri üçün 3G xidmətini işə salıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən məlumat verilib.
Azərbaycanın mobil rabitə operatoru 3G xidmətini işə salıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru Azercell şirkəti öz şəbəkəsinin abunəçiləri üçün 3G xidmətini işə salıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən məlumat verilib.

Şirkət 3GMAX paketi bazasında abunəçilərə 4 xidmət növü təklif edir. Bunlar videozəng, mobil TV, mobil internet və online video müşahidədir.

Operatorun 3G şəbəkəsində məlumatların ötürülməsi sürəti 21 Mbit/saniyəyə çatır.

Xidmətə qoşulmaq üçün 3G açar sözünü yazıb 2525 nömrəsinə göndərmək lazımdır. Bu zaman abunəçinin telefonu 3G texnologiyasını dəstəkləməlidir.

Paket

Paketin qiyməti

2525-ə göndərilən açar söz

İstifadə müddəti

30 MB

1 AZN

30

Aylıq

100 MB

2 AZN

100

Aylıq

300 MB

3 AZN

300

Aylıq

500 MB

1.20 AZN

GUN

Günlük

1 GB

10 AZN

1000

Aylıq

5 GB

20 AZN

5000

Aylıq

15 GB

30 AZN

15000

Aylıq

Hesablama intervalı - 10 KB.

MB paketlərindən əlavə istifadə (1 MB üçün):
- GəncSim - 20 qəpik
- Digət tariflər - 40 qəpik

GB paketlərindən əlavə istifadə (1 MB üçün):
- Fakturalı Xətt - 4 qəpik
- SimSim - 40 qəpik
- GəncSim - 20 qəpik.

Xəbər lenti

Xəbər lenti