...

Azərbaycanın iki təhsil müəssisəsi "Microsoft IT Academy" layihəsində qeydiyyata alınıb

Telekommunikasiya Materials 6 Yanvar 2012 14:10 (UTC +04:00)
Azərbaycanın Dövlət İqtisad Universiteti və Bakı Kompyuter Kolleci "Microsoft IT Academy" layihəsində qeydiyyata alınıblar.
Azərbaycanın iki təhsil müəssisəsi "Microsoft IT Academy" layihəsində qeydiyyata alınıb

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Dövlət İqtisad Universiteti və Bakı Kompyuter Kolleci "Microsoft IT Academy" layihəsində qeydiyyata alınıblar. Bu barədə cümə günü Trend-ə "Microsoft Azerbaijan" şirkətinin "Təhsildə tərəfdaşlıq" proqramı üzrə meneceri Emin Axundov bildirib.

"Microsoft IT Academy" proqramı ali və orta məktəblər üçün hazırlanıb və təhsil alanların Microsoft-un sertifikatlaşdırılmış imtahanlarının verilməsinə hazırlanmasını nəzərdə tutur. Təhsilin sonunda hər bir tələbəyə dünya səviyyəli sertifikatın alınması üçün sertifikatlaşdırılmış imtahandan keçmək haqqında diplom verilir.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində, Qafqaz Universitetində və Azərbaycan Texniki Universitetində "Microsoft IT Academy" layihəsinin işə salınması ilə bağlı danışıqlar aparılır.

"Ali məktəblər arasında bu proqrama maraq var, lakin onun işə salınmasında başlıca maneə sertifikatlı mütəxəssislərin olmamasıdır. Söhbət ingilis dilində təhsil almış ingilisdilli mütəxəssislərdən gedir. Biz proqramın ali məktəblərdə reallaşdırılması üçün ehtimal ki, gələcəkdə təlimatçı funksiyasını yerinə yetirmək üçün bilavasitə tələbələrin özlərini hazırlamağa başlayacağıq", - Axundov deyib.

Xəbər lenti

Xəbər lenti