...

Dövlətcell-lilər üçün pulsuz saatlar

Telekommunikasiya Materials 9 Fevral 2012 12:46 (UTC +04:00)
Azercell Telekom MMC fevralın 7-dən etibarən Dövlətcell-lilər üçün yeni bonus kampaniyası elan edir. Kampaniya şərtlərinə görə, Dövlətcell tarif paketində olan abonentlər hər əlavə işlətdikləri nömrəyə görə 3 saatadək şəbəkədaxili bonus dəqiqələr əldə edirlər.
Dövlətcell-lilər üçün pulsuz saatlar

Azərbaycan, Bakı, 9 fevral / Trend /

Azercell Telekom MMC fevralın 7-dən etibarən Dövlətcell-lilər üçün yeni bonus kampaniyası elan edir. Kampaniya şərtlərinə görə, Dövlətcell tarif paketində olan abonentlər hər əlavə işlətdikləri nömrəyə görə 3 saatadək şəbəkədaxili bonus dəqiqələr əldə edirlər.

Uzun müddətli kampaniya boyunca iki nömrəsi işləyən abonentə hər nömrə üçün 1 saat, üç nömrəsi işləyən abonentə hər nömrə üçün 2 saat və nəhayət dörd nömrəsi işləyən abonentə hər əlavə nömrəyə görə 3 saat bonus danışıq vaxtı hədiyyə olunur.

Kampaniyaya qoşulmaq üçün əlavə şərt tələb olunmur. Sadəcə, abonentin hər nömrəsi üzrə faktura məbləği ən azı 2 AZN olmalıdır. Belə olarsa, hər ayın 5-də bonus saatlar abonentə veriləcək. Hədiyyə dəqiqələrin istifadə müddəti 30 gündür. Fiziki şəxslər üçün nəzərdə tutulan bu kampaniyada hədiyyə olunan saatlar haqqında abonentlərə hər ay SMS vasitəsi ilə məlumat veriləcək.

Qeyd edək ki, hazırda Dövlətcell abonentləri öz aralarında çox sərfəli 1 dəqiqəsi 2 qəpik tarifi ilə danışırlar. Dövlət işində çalışanlar üçün nəzərdə tutulan bu tarif paketi daxilində hər abonent bir neçə nömrə alıb işlədə bilər. Dövlətcell tarif paketinə qoşulmaq üçün abonentin yalnız təmsil etdiyi təşkilatın xidməti vəsiqəsini və ya arayışı təqdim etməsi kifayətdir.

Xəbər lenti

Xəbər lenti