...

Təhsil Nazirliyi ali məktəb məzunları ilə bağlı elektron baza yaradır

Telekommunikasiya Materials 19 Fevral 2012 10:46 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkənin ali təhsil məktəblərinin məzunları ilə bağlı elektron baza yaradır.
Təhsil Nazirliyi ali məktəb məzunları ilə bağlı elektron baza yaradır

Azərbaycan, Bakı, 18 fevral /Trend müxbir H. Vəliyev/

Azərbaycan Təhsil Nazirliyi ölkənin ali təhsil məktəblərinin məzunları ilə bağlı elektron baza yaradır. Bu barədə şənbə günü Trend-ə Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov deyib.

Sadıqovun sözlərinə görə, yaxın iki ayda son il ərzində ali təhsil müəssisələrini qurtaran bütün məzunlar üzrə informasiya bazalarının elektron varianta keçirilməsi məqsədilə işlər başa çatdırılacaq.

"İşlər əsasən özəl ali məktəblər üzrə aparılır. İnformasiya bazasından dövlət müəssisələri də istifadə edə biləcək ki, bu da ali təhsil müəssisələrinin diplomlu məzunun işə qəbul edilməsində yoxlama prosedurunu sadələşdirəcək. Ali məktəb məzununun eyniləşdirilməsi diplomun nömrəsi üzrə həyata keçiriləcək", - Sadıqov qeyd edib.

Qeyd edək ki, TİMS məktəblərə bütün məlumat bazalarını avtomatlaşdırmağa imkan verir. Elektron məlumat bazasının formalaşdırılması informasiya axınının birbaşa məktəbdən Təhsil Nazirliyinə daxil olmasına şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti